Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdıbackend
Cəmiyyət
301

Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2020-ci ilin avqustunda Antalyada oteldə qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edilməsinə baxmayaraq yenidən ölkəyə necə daxil ola bilməsindən danışıb.
APress.az xəbər verir ki, Soylu bu barədə “TRT Haber” efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritet Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib.
“Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”, – deyə Soylu açıqlamasında qeyd edib.
Qeyd edək ki, Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etməsi şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.
“Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, “Mehmet qardaşla çox yaxşı münasibətim var”, – dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, – deyə Sedat Peker açıqlamasında bildirmişdi.
Xatırladaq ki, “Lotu Quli” ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib. // “Qafqazinfo”