Belarus Prezidenti Aleksandr Lukaşenko MDB razılaşmasına yenidən baxılmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə,ölkələrin bu təşkilat çərçivəsindəki əməkdaşlığı daha sıx olmalıdır.
Lukaşenko Avrasiya İqtisadi Birliyi çərçivsindəki iqtisadi əməkdaşlığı və KTMT-dəki hərbi əməkdaşlığı nümunə göstərib.
Sfera.az xəbər verir ki, Belarus prezidenti MDB-ni “çətir” təşkilatı adlandırıb.
“Biz MDB-nin sonucda nəyə xidmət edəcəyini düşünməliyik. Qarşımıza daha ciddi vəzifələr qoyub onları sözügedən təşkilatda gerçəkləşdirməliyik. Hazırda MDB ciddi məsəslələrin müzakirə edildiyi mükalimə meydançasıdır. Biz faktiki olaraq Avrasiya İqtisadi Birliyi və KTMT üzərində “çətir” təşkilatı funksiyası yerinə yetirən MDB-yə konkretlik gətirməliyik.
Başqa dövlətlərin başçıları ilə danışıb aydınlaşdırmalıyıq ki, onlar daha yaxın birliklər çərçivəsində fəaliyyət göstərməyə hazırdırlarmı. Bu məsələni işləyib və təkliflər irəli sürə bilsək, mən MDB icra komitəsi üçün yaxşı bir lobbiçi ola bilərdim”,- deyə Lukaşenko bildirib.
Qeyd edək ki, MDB-nin dövlət başçıları səviyyəsində Minskdə keçiriləcək sammiti 2021-ci ilin 15 oktyabrına planlaşdırılır.
Məlumat üçün bildirək ki, MDB SSRİ-nin dağılmasından sonra yaradılan müstəqil dövlətlər birliyidir. Təşkilat 8 dekabr 1991-ci ilin 8 dekabrında təşkil olunub. . Hazırda MDB-yə aşağıdakı dövlətlər daxildir:
• Azərbaycan;
• Ermənistan;
• Belarus;
• Qazaxıstan;
• Qırğızıstan;
• Moldova;
• Rusiya;
• Tacikistan;
• Özbəkistan.
Türkmənistan assosiativ üzvdür. Ukrayna faktiki olaraq MDB məkanında fəaliyyətini dayandırıb, amma rəsmi olaraq qurumu tərk etməyib.
KTMT-yə hazırda yalnız Ermənistan, Belarus, Qazaxıstan və Rusiya daxildir.
Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstandır.