Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşdübackend
İdman
287

Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.
APress.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ən sürətli het-trik müəllifi olub.
O, Premyer Liqada XXIV turun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.
Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006 mövsümünün 2006-cı il martın 11-də keçirilmiş matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev qarşılaşmasında (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.
Qeyd edək ki, 2018/2019 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.