Mahir Emreli polşalıları necə təəccübləndirdibackend
İdman
20

Mahir Emreli polşalıları necə təəccübləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın “Leqiya” klubuna transfer olunan millimizin futbolçusu Mahir Emreli haqda video hazırlanıb.

APress.az oxu.az-a istinadən xəbər verir ki, Varşava klubunun hazırladığı videoda Emrelinin Polşaya gəlişi, azərbaycanlı azarkeşlər tərəfindən hava limanında qarşılanması görüntüləri yer alıb.

Həmçinin, 23 yaşlı hücumçunun hava limanından gələrkən klub əməkdaşına Varşava tarixindən danışmaqla onu təəccübləndirib. Klub saytı onun bu transferə yaxşı hazırlaşdığını bildirib.

Mahir Emreli bundan sonra daha çox aktiv olduqları “Leqiya” azarkeşlərinə görə “Twitter” hesabı açacağını da qeyd edib.

Xatırladaq ki, Mahir Emreli dünən yeni klubu ilə “3+1” formulu əsasında müqavilə imzalayıb. O bu gündən komandası ilə məşqlərə qoşulacaq.