Mahir Emrelinin komandası növbəti mərhələdəbackend
İdman
335

Mahir Emrelinin komandası növbəti mərhələdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.

APress.az  xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” da cavab matçına çıxıb. Polşa təmsilçisi Norveçin “Budyo Qlimt” klubunu qəbul edib. Oyun “Legiya”nın qələbəsi ilə başa çatıb – 2:0. Mahir Emreli ilk qolun ötürməsini verib.
“Legiya” bu qələbə ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun “Legiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.

Unikal.org