“Makron Paşinyanın badə dostudur, Putin isə içki həvəskarı deyil” – İlginc açıqlamabackend
Dünya
481

“Makron Paşinyanın badə dostudur, Putin isə içki həvəskarı deyil” – İlginc açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq”.
Sfera.az bildirir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.  O, Fransa prezidenti Emmanuel Makronun erməni dostunu Parisə dəvət edəcəyini bildirib:
“Elə Paşinyanın özü də Rusiya prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir. Putin içki həvəskarı deyil, Makron isə Paşinyanın badə dostudur. Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır. Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır”.
Politoloqun sözlərinə görə, Ermənistanda keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir:

“Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər. Çünkü pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.