Türkiyədə COVİD-19-la bağlı yeni qayda müəyyən edilib.
APress.az-ın məlumatına görə, virusa yoluxmaların daha çox qeydə alındığı Ərzincanda alış-veriş etmək istəyənlərə qadağa qoyulub.
Belə ki, məhdudiyyətin tətbiq edildiyi günlər və saatlarda ərzaq mağazalarına hər ailədən yalnız bir nəfər gedə biləcək.
Bununla yanaşı, Ramazan ayı boyunca bir sıra başqa qaydalar da müəyyən edilib. Məsələn, yarana biləcək izdihamın qarşısını almaq üçün saat 14: 00-dan iftar vaxtına qədər bütün çörək sexlərində lazımi tədbirlərin görülməsi, şəhərdəki bütün parklar, oyun meydançaları və istirahət zonalarının bayramın sonuna qədər bağlanması, həmin ərazilərdə xəbərlıq lövhələrinin qoyulması və.s nəzərdə tutulur.
Sfera.az