Masallı yollarının “yediyi” milyonlar – Şahin Məmmədov sələflərinin “tender ənənəsi”ni qoruyurbackend
Araşdırma
423

Masallı yollarının “yediyi” milyonlar – Şahin Məmmədov sələflərinin “tender ənənəsi”ni qoruyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri üzrə elan etdiyi tenderin qalibini açıqlayıb. 

HİT.Az xəbər verir ki, qalib şirkət “Birlik-3A” MMC-dir. İcra Hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə 746 201.76 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Birlik-3A” MMC 23 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu Göyçəgöl kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbiyev Mübariz Abdin oğludur.

“Birlik-3A” MMC şübhəli şirkətlərdən hesab olunur. Şirkət əsasən cənub bölgəsinin yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Elə ötən il “Birlik-3A” MMC Masallı İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi ilə 747 672 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilədə şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satın alınması nəzərdə tutulub. Maraqlıdır ki, bir ildən sonra yenidən şəhərdaxili yolların təmirinə ehtiyac duyulub.

Bundan başqa, şirkət ötən il Astara rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin də qalibi olub. İcra Hakimiyyəti ilə MMC arasında bağlanan 542 615 manatlıq müqavilədə Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək nəzərdə tutulub.

“Birlik-3A” MMC yollarının təmiri ilə bağlı tenderlərin qalibi olsa da, taxta evlərin hazırlanması sahəsində ixtisaslaşıb. Hər halda mediada şirkət məhz bu cür təqdim edilir.