APress.az Trend-ə istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, yəqin ki, dalğanın eniş nöqtəsində müəyyən qadağalar aradan qalxar, müəyyən qədər yumşalmalar olar:
“Sosial şəbəkələrdə gedən söhbətlərlə mən də tanışam və hər kəsin fikrinə hörmətlə yanaşıram. Bütün dünyada məhdudlaşdırmalar artmaqdadır, bunun da bir məqsədi var, o da ünsiyyəti, xəstə insanın sağlam şəxslə təmasını azaltmaqdır”.
A.Qeybulla qeyd edib ki, havaların mülayimləşməsi ilə insanların təması da çoxalıb, onlar həyətdə bir stol arxasında görüşürlər, çay içirlər, domino oynayırlar:
“Ona görə də açıq havada maska taxmaq hələlik zəruridir. Ştamların sayı artır və buna uyğun olaraq ölüm sayı da getdikcə çoxalır. Bu səbəbdən maska zərurəti qalmaqdadır, insanlarımız da bunu anlayışla qarşılamalıdırlar”.