“Mata Hari” tənqid olunsa da, Avropada sevildi – VİDEObackend
Şou
321

“Mata Hari” tənqid olunsa da, Avropada sevildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ötən gün “Eurovision” mahnı müsabiqəsi üçün təqdim etdiyi “Mata Hari” layihəsi müzakirə mövzusuna çevrilib.

APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, tamamilə xarici heyətin ərsəyə gətirdiyi mahnı və klipdəki boşluqlar- müğənni Samirə Əfəndinin plastikasının zəifliyi, xoreoqrafiyanın düzgün qurulmaması, geyim, saç-qrimin göz oxşamaması, bəstədə sözlərin kasadlığı və layihənin alman casus Mata Hariyə həsr edilməsi tənqid edilib.

Bütün bunlara baxmayaraq, “Mata Hari” Avropada sevilib. Belə ki, “Eurovision” fan səhifələri Samirəyə məqalələr həsr edir, əcnəbi bloqqerlər onun ünvanına təriflər yağdırır. Həmçinin, sözügedən klip yutubda Azərbaycan və Türkiyə üzrə trendə düşüb, yarım milyona yaxın insan izləyib.

Bukmeykerlər də Azərbaycanla bağlı ürəkaçan proqnozlar irəli sürürlər. Qeyd olunur ki, ifaçı yarımfinaldakı səhnə şousundan sonra ilk 5-likdə yer ala bilər.