Türkiyədə qalmaqalla nəticələnən məhkəmə prosesi keçirilib.
APress.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Bildirilir ki, Ali Apellyasiya Məhkəməsinin 4. Cinayət Palatasında keçirilən iclasda məhkəmə hakimi Mehmet Yoylu vəkil Tuğçe Çətinə ətəyinin normadan qısa olması ilə bağlı irad tutub. Onun ətəyinin fotosunun çəkilməsini istəyib.
Qeyd edilir ki, hakimin bu davranışı təhqir kimi qiymətləndirilib və 1 il 18 gün həbs cəzasına məhkum edilib.
Nəşr yazır ki, Mehmet Yoylunun eyni gün içində daha bir vəkilə açıq şəkildə təhqir etməsi üzə çıxıb və ona əlavə olaraq 1 il bir ay 18 gün həbs cəzası verilib.
Ümumilikdə, 2 il 3 ay 3 gün həbsdə yatacaq hakimin başqa bir xətaya yol verməsə, cəza müddəti aşağı salınacaq.
Publika.az