“Məktəblərin bağlanmasını istəyirəm” – Valideynlər, müəllimlər, hər kəs günahkardır…backend
Təhsil
345

“Məktəblərin bağlanmasını istəyirəm” – Valideynlər, müəllimlər, hər kəs günahkardır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin bağlanmasını istəyənlər sırasındayam. Bir ildə öyrənmədiklərini iki aya heç bir uşaq öyrənməyəcək”.

APress.az  xəbər verir ki, bu barədə AMEA Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nərmin Ağayeva fikir səsləndirib. O bildirib ki, distant təhsil özünü doğrultmadı, çünkü bunu səhv anlayanlar oldu: “Distant və ya onlayn təhsil indi ən önəmli təhsil metoduna çevrilməkdədir. Çünki dünyanı öz təsiri altına alan koronavirus distant təhsili ən populyar mövzuya çevirdi.

Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Amma bu sistemlə işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlar da olmalı idi. Bunlar olmadığı üçün distant təhsil uğursuz alındı. Valideynlər, müəllimlər, şagirdlər hər kəs günahkardır. Artıq gecdir deyək və önümüzə baxaq. Bir sözlə iki ayı da distant təhsillə başa vursaq yaxşı olar. Sağlamlıq ən önəmlisidir”.

 

KONKRET.az