Məmmədyarov Karlsen, Rəcəbov Aronyanla qarşılaşacaqbackend
İdman
362

Məmmədyarov Karlsen, Rəcəbov Aronyanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün sonuncu 5 tur oynanılacaq.

APress.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov XI turda üz-üzə gələcəklər. Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq.
Rəcəbov Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşacaq.
Məmmədyarov isə Levon Aronyan (Ermənistan) və Maqnus Karlsenlə (Norveç) ağ, Aryan Tari (Norveç) və Yohan-Sebastyan Kristiansenə (Norveç) qarşı qara fiqurlarla mübarizə aparacaq.
Çempionlar Turu, V mərhələ
 
“New In Chess”
26 aprel
XI tur
Şəhriyar Məmmədyarov – Teymur Rəcəbov
XII tur
Teymur Rəcəbov – Sergey Karyakin (Rusiya)
Aryan Tari (Norveç) – Şəhriyar Məmmədyarov
XIII tur
Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan)
Le Kuanq Lyem (Vyetnam) – Teymur Rəcəbov
XIV tur
Teymur Rəcəbov – Lenyer Dominges (ABŞ)
Yohan-Sebastyan Kristiansen (Norveç) – Şəhriyar Məmmədyarov
XV tur
Şəhriyar Məmmədyarov – Maqnus Karlsen (Norveç)
Vidit Qucrati (Hindistan) – Teymur Rəcəbov
10 turdan sonra 6 xala malik Məmmədyarov və Rəcəbov 5-6-cı yerlərdə qərarlaşıb. 4-cü yerdə gedən Lyemin də eyni xalı var. Karlsen 7 xalla liderdir, Firuzca və Nakamura hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür.