Bir müddətdir ki, müğənni Rəqsanə İsmayılova Moskavaya üz tutan həmkarları haqda söylədikləri ilə müzakirə olunur. Xatırladaq ki, o “Toydan sonra evinizə gedin. Sizə görə əlimizə mikrofon almağa utanırıq” deyib.
Bu sözləri kəskin tənqidlərə məruz qalıb. Ona istər öz həmkarları, istərsə də sosial şəbəkə istifadəçiləri irad bildiriblər.
APress.az “sherg.az”-a istinadən xəbər verir ki, Rəqsanə bu rəyləri və fikirləri cavabsız qoymayıb. O İnstaqram profilində bunları yazıb:
“Susursan, deyirlər danışmadı, cavab verirsən, başqa cür yozulur. Nəhlət şeytana! Dediyim sözə cavabdehəm. Düz söyləmişəm! Bu gün elə adamlar mənə cavab verir ki… Düzəmsə, niyə açıqlama verməliyəm? Niyə zəng etməliyəm ki? Özünüzə şübhəniz var?! Ağzımı açmayın da. O ki qaldı, məni kimsə susdura bilməz. Necə lazımdır cavab verməyi bacarıram. Təkrar birinizdən adımı eşitsəm, cavabınızı verəcəm. Sözlərimə aidiyyəti olmayanlar danışır, əsəbləşirəm. Siz kimsiniz? Özünüzü tanıyırsınız ki? Səhvsiz insan yoxdur. Hər kəsin yanlışı ola bilər. Lakin o səhvi təkrarlamağa nə ehtiyac var?!”
Qeyd edək ki, Rəqsanə gecə saatlarında yazdığı bu statusu silib və “Düşünürəm ki sözə nöqtəni başqa cür qoyaq. Tezliklə” qeydini əlavə edib.