Əməkdar artist Sənubər İsgəndərli “Xəzər Tv”də yayımlanan “Kinomən” proqramının qonağı olub.
Unikal.org xəbər verir ki, sənətçi sənətdən bəhs edib. O, aparıcının “Yəqin minlərlə tərif eşitmisiz, nə vaxt inanmamağa başladınız? Nə vaxtdan göydəki ulduzları yerə endir kişilərə inanmırsız?” sualına belə cavab verib:
“O sözlərin hər zaman arxası boş olub. Həyat təcrübəsidir. Kişi söz yox, əməlində bilinər. Diqqəti, sevgini əməldə göstərməlidir. Boş-boş danışmaqla yox. Mənim həyatımda belədir”.