“Məqsədləri ölkə əhalisinə xidmət etməkdən çox biznes maraqlarını təmin etməyə hesablanıb”backend
Cəmiyyət
405

“Məqsədləri ölkə əhalisinə xidmət etməkdən çox biznes maraqlarını təmin etməyə hesablanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 iyuldan etibarən toyların müəyyən məhdudiyyət ilə keçirilməsi ciddi narazılıqlar yaradıb.

Məsələ ilə bağlı Hokm.az açıqlama verən tanınmış jurnalist, Correct.az saytının baş redaktoru Rövşən Əsədov bildirib ki:

“Artıq bir ildən çoxdur ki, karantin rejimi tətbiq edilib. Bir ildən artıqdır ki, ölkə əhalisi, adi vətəndaşından sahibkarına kimi hər kəs bu rejimdən əziyyət çəkir. Yüzlərlə,bəlkə də minlərlə sahibkarın biznesi məhv olub, minlərlə insan i yerini itirib. Amma bu qətiyyən Operativ Qərargahın vecinə də deyil. Sanki məqsədləri ölkə əhalisinə xidmət etməkdən çox biznes maraqlarını təmin etməyə hesablanıb.”

Bu gün qərar qəbul ediblər ki, toylara 1 iyul tarixindən icazə verilsin, amma necə?

“Necəliyini qərardan oxuya bilərsiniz amma mən bu qərarı tammailə absurd hesab edirəm. Qərarda deyilir ki, 50 nəfərdən ibarət məclis iştirakçılarının maska taxması zəruridir, 150 nəfərdən ibarət məclislərdə maska taxılmasa da olar, yetər ki, passport olsun. Sirr deyil ki, vaksinasiya edilənlər də bu virusa yoluxa bilir, bunun bariz nümunələri var, hətta çox yaxınlarımız var ki, vaksinasiya olunandan sonra virusa yoluxub. Yəni virusa yoluxan adam possportu təqdim edib 150 nəfərlik məclisdə işitak edib maskasız şəkildə hər kəsi yoluxdura bilər, amma 50 nəfərlik məclisdə hökmən maska taxılmalıdır.

Bu hələ məsələnin gülməli tərəfidir, ağlamalı tərəfi odur ki, şəhərin mərkəzi küçələrindən tutmuş mikrorayonlara, hətta rayonlara qədər bütün kafe, restoranlar, ailəvi, fərdi istirahət mərkəzləri ağzına qədər müştəri ilə doludur, hətta mərkəzi Nizami küçəsində, parkın ortasına masa düzüb kafelər müştəri qəbul edir amma nə virus var, nə maska, nə də passport tələbi.”

“Eyni zamanda Qərargah bir neçə bənddən ibarət qadağa tətbiq edib. Primitiv düşncə qabiliyyəti olan şəxs də bu qərarı oxuyub anlaya bilir ki, bu qərarların qəbul edilməsində məqsəd xalqın sağlamlığı, onların təhlükəsizliyi deyl büdcəni doldurmaq, sahibkarları, iş adamlarını müxtəlif yolla cərimələmək, dövlət büdcəsinə müxtəlif yolla vəsait cəlb etməkdir.

Biz ölkə başçısından xahiş edirik ki, Operativ Qərargahın naməlum tərkibini bir daha gözdən keçirtsin və tərkibə təhsilli iqtisadçılar, tibb işçiləri əlavə edilsin.

Onların hazırda qəbul etdiyi bu qərarlar iqtidarla vətəndaş arasındakı körpülərin yandırılmasına, hökumətə inamın sarsılmasına hesablanıb və ciddi narazılıq yaratmaqdadır.”