Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜbackend
Cəmiyyət
299

Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

APress.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, may ayının 3-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında daha bir ana ölümü qeydə alınmışdı. Belə ki,  2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva dünən doguş sancıları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə qəbul olunub. R.Xangəldiyeva bu gün əməliyyat yolu ilə oğlan uşağı dünyaya gətirib. Lakin qadın bir neçə saat sonra dünyasını dəyişib.