“Məscidə gələrkən dəstəmazı evdə alın…” – QMİ rəsmisindən ilginc açıqlamabackend
Cəmiyyət
241

“Məscidə gələrkən dəstəmazı evdə alın…” – QMİ rəsmisindən ilginc açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məscidlərdə hansı qaydaların tətbiq olunacağı, hansı şərtlərin olacağı ilə bağlı Operativ Qərargahdan məktub gözləyirik”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, bəlli olan şərtlərdən biri məscidlərdə insanların sayının 50 nəfərdən çox olmamasıdır:
“O cümlədən sosial məsafənin qorunması, maskalardan istifadə edilməsi də buna aiddir. Hansı şərtlərin qoyulmasından asılı olmayaraq, namaza gələn şəxslərin bunlara maksimum riayət etməsinə çalışacağıq. Tələb olunan qaydalar insanların sağlamlığı üçündür və biz də qorunması üçün tövsiyələr verəcəyik. Məscid nümayəndələri  belə şeylərə nəzarət edəcəklər. Digər tərəfdən insanların dəstəmaz alıb məscidlərə gəlməsini istəyərdik. Yəni evlərində, iş yerlərində bunu edib gəlsələr, yaxşı olardı”.

 

QMİ rəsmisinin sözlərinə görə, ola bilər ki, vaksin vurduran şəxslərin məscidə gəlməsi tələb olunsun:
“Başqa yerlərə giriş üçün də bilirsiniz, COVİD-19 pasportu tələbi qoyulub. Məscidlərə də bu cür şərt qoyulub, ya yox, hələ bilmirik.  Təbii ki, xəstəliyin yayılmaması üçün əlimizdən gələni etməliyik. Məscidlərdə ibadətə qərar verilməsi  sevindirici haldır.  Düşünürəm ki, pandemiya səngiyəndən sonra istənilən sayda insan rahat şəkildə istədikləri məscidlərdə ibadətlərini icra edəcəklər”.

Qeyd edək ki, İyunun 10-dan etibarən ölkədə məscidlərin, ibadət yerlərinin, ziyarətgahların fəaliyyətinə icazə veriləcək.