Türkiyəli aktyor Fatih Koyunoğlunun adı təcavüzdə hallanıb.
Sfera.az bildirir ki, iddiaya görə, aktyor əyləncə məkanlarının birində teatr işçisi Səda Çakmaksoya seksual xarakterli hərəkətlər edib. Belə ki, Fatih içkinin təsiri altında gənc qadını öpməyə çalışıb, lakin onun sərt reaksiyası ilə qarşılaşıb. Ardınca aktyor binanı tərk etmək istəyən Sədanı insanların olmadığı yerə apararaq təcavüz etmək istəyib.
Məlumata əsasən, bu əməlinə görə türkiyəli aktyora 10 ilə qədər həbs tələb edilib və dava açılıb.