Məşhur azərbaycanlı müğənni ermənini döyübbackend
Şou
449

Məşhur azərbaycanlı müğənni ermənini döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2010-cu ildə Azərbaycan milli finalında iştirak edənlər Osloya (Norveç) dəvət olunmuşdu. Aralarında Azad Şabanov da var idi. Dayandığımız yerdə gördük ki, bir erməni gəldi, əlində öz və qondarma ölkələrinin bayrağını yellədirdi. Bunu görən Azad Şabanov ermənini təpiyinin altına salıb döydü. Daha sonra mühafizəçi Azadı və həmin ermənini zaldan çıxardı. Amma daha sonra Şabanovu zala salmağı bacardıq”.

APress.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova “Youtube”da yayımlanan “12 sual” layihəsində deyib. O, “Eurovision”da nümayəndə heyətinin keçmiş direktoru olduğu ərəfədə yaşanan hadisədən bəhs edib. Hüsniyə bildirib ki, Ermənistan yarışma zamanı təxribat törədib:

“Ermənilər dəfələrlə “Eurovision”da təxribat törədiblər. EBU qaydalarını pozurdular, separatçı rejimin bayrağını açırdılar. Bir dəfə biri gözləmə otağında, digəri mətbuat mərkəzində bayraq açmışdı. Biz bu barədə şikayət etmişdik, ancaq ayrıseçkilik var idi, qanuna uyğun addım atmırdılar. Daha sonra Ermənistan komandasının üzvləri bayraqlarını bizim ölkə üzvlərinin üzərində yellədirdilər. Hər zaman təxribat etmək istəyirdilər. Ola bilsin ki, bu təxribatlar bundan sonra çoxalsın”.

Axşam.az