Məşhur siyasətçi qadına təcavüz edən oğlunu müdafiə etdibackend
Dünya
251

Məşhur siyasətçi qadına təcavüz edən oğlunu müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur italiyalı şoumen, siyasətçi Beppe Grillo təcavüz xəbərləri ilə gündəmə gəlib.
Sfera.az-ın məlumatına görə, “5 Ulduz” hərəkatının rəhbəri Grillonun oğlu 19 yaşlı qadına təcavüz etməklə ittiham olunur. Bununla bağlı şoumen video müraciət edərək  hadisəni təkzib edib.
Belə ki, məlumata görə, siyasətçinin 20 yaşlı oğlu Kiro Grillo 2019-cu ildə Sardiniya adalarında yerləşən evlərində 3 dostu ilə birlikdə qadına təcavüz ediblər. Müdafiə edən tərəf cinsi münasibətin qadının razılığı ilə olduğunu bildirsə də, prokurorluq bunun təcavüz olduğunu iddia edir.
Beppe Grillo oğlunu müdafiə etmək məqsədilə yayımladığı videoda qadının təcavüz hadisəsindən 8 gün sonra polisə müraciət etməsinin qəribə olduğunu bildirib.  72 yaşlı, 4 uşaq atası şoumenin “təcavüz edən yox, axmaq gənclər” ifadəsi  izləyicilərin, o cümlədən siyasilərin etirazına səbəb olub və bu açıqlamanı qəbuledilməz hesab ediblər.