Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayırbackend
Dünya
356

Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.

APress.az xəbər verir ki, bunu “BioNTech”in Baş direktoru Uğur Şahin bildirib.
Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq: “İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idik. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.
U.Şahin deyib ki, peyvənd “Pfizer” firması ilə birlikdə hazırlanır.
(Report)