“Məsləhət bilsə, Allah adamı maskalı yaradardı”backend
Cəmiyyət
341

“Məsləhət bilsə, Allah adamı maskalı yaradardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri də isti hava şəraiti hökm sürdüyü halda maska qadağasının hələ də ləğv edilməməsidir.

Məlumdur ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də açıq havada yaxın təmas olmadığı təqdirdə maska taxmağın zəruri olmadığını bildirdi. Həmçinin həkimlər də qapalı məkanlarda, ictimai iaşə obyektlərində insanlar maskasız dolaşsa da, açıq havada belə bir məcburiyyətin olmasını absurd hesab edir.

APress.az xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan yazıçı Seyran Səxavət də epidemiya ilə bağlı qəbul edilən qərarlarda boşluqların olduğunu vurğulayıb:

“Məsələn, qapalı yerdə maskasız oturana heç nə demirlər, lakin açıq havada cərimələyirlər. Elə ötən dəfə biz özümüz də qapalı məkanda olduq, hamı maskasız idi, amma sosial məsafə gözlənilirdi. Düşünürəm ki, sıxlıq olmayan yerlərdə maska taxmaq tələb olunmamalıdır. Bunu polis yox, lap Allahın bacısı oğlu olsa da, heç kəs edə bilməz. Tutaq ki, mən səhrada gedirəm, kimi yoluxdura bilərəm? Ətrafda heç kəs olmadığı halda maska taxmağın qəti əleyhinəyəm. Metro tərəfdən bir uşaq keçirsə, mən də ondan 40 metr uzaqdayamsa, niyə maska taxmalıyam? Maska taxmaq hamımız üçün ağırdır. İnsan anadan maska ilə doğulmayıb ki! Məsləhət bilsə, Allah adamı maskalı yaradardı.

Həmsöhbətimiz hesab edir ki, insanların çox olduğu yerlərlə bağlı həkimlər nə deyirsə, nə məsləhət görürsə, ona əməl etmək lazımdır:

“Bir şeyi də deyim ki, bizim bu camaatı özbaşına qoymaq olmaz. Elə camaatımızın bir sözü var. “Ölünü özbaşına qoysan, kəfəni yırtıb çıxar”,-deyirlər. Yəni bütün dünyada pandemiya hökm sürür, artıq ortada təcrübə var. Nəfəsin tıncıxırsa, evində otur. Təzədən neçəncisə dalğa gələcəksə, maska ilə ölmək hamısından yaxşıdır. Çünki hər yeni dalğa neçə-neçə insanın ölümünə səbəb olur. Ortayaşlı insanlarımızı aparır. Bazarda, marketlərdə maska vacibdir. Düzdü, mənə də maska taxmaq çətindir, amma qorunmaq üçün bunu etməliyik. Gigiyena qaydalarına əməl olunmalıdır. Spirt və sabundan mütəmadi olaraq isdtifadə etməliyik. Bizim xalqın onsuz da sabuna münasibəti həmişə normal olub axı!”.