“Messinin mənim evimdə qalmasına icazə verərəm”backend
İdman
314

“Messinin mənim evimdə qalmasına icazə verərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real”ın kapitanı Serxio Ramos “Barselona”nın futbolçusu Lionel Messi haqqında danışıb.

APress.az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi “Messinin “Real”a keçməsini istəyərdiniz?” sualını belə cavablandırıb:

“Messinin “Real”da oynamağını istəyərəm? 100 faiz, bəli. Hətta öz evinə yerləşənə qədər mənim evimdə qalmasına da icazə verərəm”.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.