Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirus infeksiyasına yoluxub.
APress.az xəbər verir ki, Kərim BakuTV-yə açıqlamasında öz səhhətinin yaxşılaşdığını bildirib.
“Anamın vəziyyəti ağırdır. Onu görmürəm, həkimlər yanına qoymurlar. Anam boğulurdu, onun bronxlarında problem var. Beş gün müalicə götürdü, evdə qaldıq. Amma düzəlmədi, ağırlaşdığı üçün xəstəxanaya gətirildi”.
Qeyd edək ki, M.İsgəndərli Rusiyada apardığı toy məclislərindən birində COVID-19-a yoluxub.