Əməkdar artist Mətanət İsgəndərli ”Instagram” hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, yeni video yayımlayan sənətçi, xəstəliyi ilə bağlı danışıb. O hələ də bu xəstəliyini təsirindən çıxa bilmədiyini deyib:
“Hamınızı salamlayıram, əzizlərim. Çoxdandır ki, sizinlə görüşmürdüm. Ağır xəstəlikdən sonra birinci toyumdur. Çox sevinirəm.
Hələ də şokdan çıxmamışam. Elə bilirdim ki, sağalmayacam. Allah həmişə toy qismət etsin. Tezliklə Bakıda da toylar başlayar, inşallah.
Mənim üçün dua edən, narahat olan hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, ifaçı bir müddət əvvəl Moskvadakı toylardan birində COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib, aparılan müalicələrdən sonra sağalaraq evə buraxılıb.
View this post on Instagram