Mətanətin gəlinindən o və oğlu Kərimin haqqında QALMAQALLI AÇIQLAMAbackend
Şou
334

Mətanətin gəlinindən o və oğlu Kərimin haqqında QALMAQALLI AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana onun və oğlu Kərimin haqqında qalmaqallı açıqlama verib.

BiG.AZ xəbər verir ki, həyat yoldaşından ayrılan Canana qızının əri tərəfindən döyüldüyünü sübut edən fotolar yayımlayıb və özünün də dəfələrlə şiddət gördüyünü açıqlayıb. Bundan sonra Kərimlə bağlı polis araşdırmaya başlayıb.

Canana Axşam.az-a açıqlamasında aradırmanın davam etdiyini bildirib. O deyib ki, M.İsgəndərli və Kərim hələ də Rusiyadadır, övladlarına heç bir maddi dəstək göstərmir:

“Polis idarəsinə çağırıldım, qızımdan da, məndən də ifadə alındı. Ekspertizaya göndərilib. Mətanət xanım və Kərim bu hadisədən sonra başlayıblar qızıma tez-tez zəng edib danışmağa. Ona oyuncaqlar alıb, mənə qarşı çıxmağı öyrədirlər. Qızıma deyirlər ki, polisə denən məni atam yox, anam döyüb.

Boşanma davamız bitməyib. Amma məhkəmə aliment kəsib. Kərim onu da ödəmir. Uşaqlara heç bir maddi yardım da göstərilmir. Yenə kirayədə qalıram, təkbaşıma uşaqlara baxmağa çalışıram”.

Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Ərindən ayrılan Canana kirayədə yaşadığını, M.İsgəndərlinin onu evinə buraxmadığını və kirayə pulunu da ödəmədiklərini iddia edib./Axşam.az