Mətbuatın dəyişməsi üçün ona yanaşma dəyişilməlidir – Professorbackend
Cəmiyyət
350

Mətbuatın dəyişməsi üçün ona yanaşma dəyişilməlidir – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mətbuatın dəyişməsi üçün ona yanaşma dəyişilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında media üzrə ekspert, professor Qulu Məhərrəmli Milli Mətbuat günü ilə bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, mətbuatda çalışanların düşüncəsi də dəyişməlidir:
“Mətbuatla bağlı tövsiyə, proqnoz o halda mümkün ola bilər, predmet sənə dəqiq görünsün. Bu gün Azərbaycan mediası dəqiq görünmür. Dostum Arif Əliyev müsahibələrinin birində belə bir ifadə işlədib ki, Azərbaycan mediası hava doldurulmuş, havaya buraxılmış ağzıaçıq şara bənzəyir. Yəni bu hara gedir, necə gedir, bunu bilən yoxdur. Əgər bu gün dəyişmək, keçid prosesidirsə, çox yaxşı, yox köhnə medianın başqa formada davamıdırsa, bu, çox pisdir. Hesab edirəm ki, mətbuat ruh, vicdan, əxlaq məsələsidir. Son illər bizim mətbuada ən çox itirdiyimiz bunlardır. Peşəkarlıq, əxlaq yox, nə qədər böyük trollar sürüsü yaranıb, verilən maliyyələr bunları ortaya çıxarır. Xalq da jurnalistikanı bunların simasında görür. Ona görə bu, çox kədərlidir”.
Qulu Məhərrəmli ümidinin gənclərə olduğunu vurğulayıb:
“Ümidim pozulmamış, düşüncəsinə ləkə düşməmiş, mətbuatı milli ideyaların daşıyıcısı kimi görə bilən, anlayan gənclərədir. O gənclərə ümid edirik ki, gələcəkdə azad və müstəqil olan mətbuatda çalışsınlar və bu dövləti irəlilətsinlər”.