Metroda gediş haqqı 50 qəpik ola bilər – AÇIQLAMAbackend
Cəmiyyət
797

Metroda gediş haqqı 50 qəpik ola bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2020-ci ildə “Bakı Metropoliteni” QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.
Maya dəyərində bu qədər artımın olması insanlar arasında metroda gediş haqqının artacağı ilə bağlı suallar doğurub.
APress.az xəbər verir ki, mövzu ilə bağlı “Ölkə.az”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, metropoliten rəhbərliyi artıq 4-5 ildir maya dəyərinin yüksək olması ilə bağlı bəyanatlar verirlər:
“Bunlar qiymətin artırılması üçün zəmin yaradılmasına bənzəyir. Çünki ən son 2019-cu ildə – pandemiyadan əvvəl metropolitenin açıqladığı rəqəm hər sərnişin üçün 50-55 qəpik idi. O zaman da sanki qiymət artımı üçün zəmin hazırlanırdı. İndi maya dəyərinin yüksək olması təbiidir. Çünki metro 1 ildir işləmir, ötən il cəmi 3 ay işləyib. Qiymətdə 3 dəfə artım bununla bağlıdır. Normal fəaliyyət göstərdityi halda bu qədər artım da olmazdı. Lakin zaman-zamn bu tipli xəbərlər gündəmə gəlirsə, deməli qiymət artımına zəmin hazırlanır. Metropolitendə açılışa yaxın qiymət artımının elan olunması mümkündür. Qiymətin çox artacağını düşünmürəm, ən azından gediş haqqının 50 qəpik civarında olması böyük ehtimaldır”.