Bakı Metropoliteni QSC-nin ötən gün 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurması barədə yaydığı açıqlama metroda gediş haqqının qalxması ehtimalını gücləndirir.
APress.az xəbər verir ki, müzakirələrə aydınlıq gətirən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Axar.az-a bildirib ki, qurumun gediş haqqının tənzimlənməsi ilə bağlı qərar vermək səlahiyyəti yoxdur:
“Bu, yalnız Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Metropoliten bununla bağlı Tarif Şurasına müraciət etməyib. Ümumən, Bakı Metropoliteni QSC fəaliyyətinin maliyyə hesabatını ictimaiyyətə açıqladığı kimi, mütləq qaydada aidiyyəti dövlət strukturlarına, o cümlədən Tarif Şurasına da təqdim edir”.