Səhər saatlarından Bakı metrosunun fəaliyyətində problem yaranıb.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat daxil olub.
Məlumata görə, metroda hərəkət edən qatarların sürəti xeyli azalıb, eskalatorlar isə işləməyib. Bu səbəbdən vətəndaşlar piyada qalxmalı olublar.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, “Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur