Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.
B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:
“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.
Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyatın, o cümlədən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:
– 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
– 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
– 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
– 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.