Daha bir klub Superliqanı tərk edib.
APress.az-ın məlumatına görə, İtaliya təmsilçisi “Milan”da iştirakçılar sırasından ayrılıb.
A seriyası təmsilçisi bununla bağlı rəsmi bəyanat da yayıb: “Superliqa layihəsində iştirak təklifini ən yaxşı Avropa miqyaslı turnir keçirmək niyyəti ilə qəbul etdik. Amma bütün dünya azarkeşlərinin narahatçılığı aydın görünür və “Milan” bu gözəl idman növünü sevənlərin fikrinə diqqətlə qulaq asmalıdır”.
Qeyd edək ki, turnirin yaradıcısı olan 12 klubdan yalnız üçü – “Real”, “Barselona” və “Yuventus” iştirakçılar sırasında qalıb.
Unikal.org