Bir çox sosial, yardım layihələrinin müəllifi olan “Həyata Ümid” İctimai Birliyinin rəhbəri tanınmış rəssam Milena Nəbiyeva, ramazan ayında da öz xeyriyyəçilik missiyasını yerinə yetirir.
APress.az-ın məlumatına görə aztəminatlı, şəhid və qazi ailələrinə ərzaq yardımı olunmasına təşəbbüs göstərib.
Bir neçə gündür davam edən aksiya Bakının Xəzər,Suraxanı,Sabunçu , Nərimanov, Nizami və digər ərazilərdən olan aztəminatlı ailələrə çatdırılıb.
Bunula bağlı M.Nəbiyeva çağırış edərək bu aksiyanın davamlı olması üçün birlikdə bu işin görülməsi və ramazan ayında ehtiyaclı insanlara yardım edilməsini bildirib.