Avqustun 8-i saat 01 radələrində Xətai rayonunda intihar hadisəsi baş verib.
Baş Prokurorluqdan verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu özünü yaşadığı mənzildə asaraq intihar edib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Fanat.az-ın məlumatına görə, R. Mirzəyev Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının inzibatçısı kimi fəaliyyət göstərib.