Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.
Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı ondan marixuana və 2 ədəd avtomat patronu aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da götürülüb.