Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs edildibackend
Dünya
240

Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücumun iştirakçılarından biri Moskvada həbs edilib.

APress.az xəbər verir ki, həbs edilən şəxs Çeçenistanın səhra komandiri olmuş mərhum Şamil Basayevin dəstəsinin üzvüdür.
Çeçen mücahid German Arbininin həbs olunması əməliyyatında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX), FTX-nin İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın zabitləri iştirak edib.
Xüsusi xidmət orqanları German Arbininin Pskov desantçılarına hücumda iştirakını təsdiq edən dəlil və sübutların olduğunu iddia edir. Bildirilir ki, çeçen mücahid silahlı üsyan və hərbi personalın həyatına təcavüz ittihamı ilə mühakimə edilə bilər.
Xatırladaq ki, Pskov desantçılarına hücum Çeçenistanın Arqun dərəsində baş verib. 29 fevral 2000-ci il tarixdə 76-cı Pskov hava-desant diviziyasının 104-cü alayının 6-cı bölüyü ilə çeçen mücahidləri döyüşə girib. Bu döyüşdə çeçen mücahidlərinə Şamil Basayev və Əmir Xəttab rəhbərlik edib.
Döyüşdə bölüyün 90 desantından 84-ü öldürülüb.
(Hit.az)