Moskvada koronavirusla bağlı vəziyyət PİSLƏŞDİbackend
Dünya
240

Moskvada koronavirusla bağlı vəziyyət PİSLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva meri şəhərdə koronavirus ilə bağlı vəziyyətin pisləşdiyini bildirib.

APress.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya paytaxtında son 2-3 həftə ərzində koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşdiyini etiraf edib. O şəhərin yaşlı əhalisinin peyvənd edilməyə stimullaşdırmaq təklifini bəyənib. Belə ki, Moskva Ticarət-Sənaye Palatası yaşlı əhalinin mağazalarda və digər müəssisələrdə endirimlər təklif etməklə peyvəndə cəlb olunmasını məqsədəuyğun sayıb.

Moskva Rusiyada koronavirusa yoluxma sayına görə birinci yerdədir. Aprelin 20-nə olan məlumata görə, gündəlik yoluxma 1996 nəfər təşkil edib. Ümumilikdə, paytaxtda 1 milyon 68 min 42 COVID-19 xəstəsi aşkar olunub, onlardan 974 min 229 nəfər sağalıb, 17 min 754 xəstə vəfat edib.

Publika.az