Moskvada koronavirusun dəyişdirilmiş Hindistan ştammı tapıldı – “Sputnik V” təsirlidirmi?backend
Dünya
487

Moskvada koronavirusun dəyişdirilmiş Hindistan ştammı tapıldı – “Sputnik V” təsirlidirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvada koronavirusun dəyişdirilmiş Hindistan ştammı tapılıb.
Sfera.az “İnterfaks” a istinadla  xəbər verir ki, bu barədə Gamaleya adına Mərkəzin rəhbəri Aleksandr Ginsburq məlumat verib.
Onun sözlərinə görə, hazırda Rusiyanın “Sputnik V” vaksininin bu ştamma qarşı effektivliyi ilə bağlı tədqiqatlar aparılır. Ginsburq preparatın Hindistan ştammına  qarşı yüksək effektiflik nümayiş etdirdiyini qeyd edib.
Gamaleya adına Mərkəzin rəhbərinin açıqlamasına görə, “Sputnik V” çox böyük bir antitel konsentrasiyası ehtiyatı yaradaraq orqanizmi Hindistan ştammından qoruyur.
“Əgər söhbət vaksinin laboratoriya şəraitindəki effektivliyindən gedirsə, qeyd etməliyik ki, Uhan ştammlarından alınan zərdabla müqayisədə 1,4-2,4 dəfə azalma müşahidə olunur. Vəziyyət heç də kritik deyil”,- deyə Ginsburq bildirib.

Xatırladaq ki, iyunun 15-də Ginsburq Rusiyada koronavirusun  Moskva ştammının meydana çıxması ehtimalı ilə çıxış etmişdi. Onun sözlərinə görə, Gamaleya adına Mərkəz “Sputnik V” nin virusun bu növünə qarşı effektivliyini öyrənir.