Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın hava nəqliyyatını məhdudlaşdırmaq qərarını şərh edib.
APress.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanın hava nəqliyyatına məhdudiyyət tətbiq etmək qərarında siyasi fon görmür, amma qərardan doğacaq mənfi nəticələr qaçılmazdır.
“Biz uçuşların bərpa olunması üzərində işləyirik”,-deyə diplomat əlavə edib.
Bu haqda NTV telekanalı məlumat verir.
sfera.az