Ötən gün məhkəmənin qərarına əsasən, 5 il müddətinə şərti cəza alaraq azadlığa çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov artıq evindədir.
Apress.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Mənsimov evinə gələrək 1 ildən sonra ailə üzvləri ilə görüşüb.
Qeyd edək ki, “Palmali”nin prezidenti ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılmışdı.