Müdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.
APress.az “unikal.org”a istinadən xəbər verir ki, nazirliyin Hüquq Şöbəsinin polkovniki Rövşən Rəsulzadə koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.