Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı yeniliklər açıqlanıb.
Təhsil Nazirliyindən bildirilib ki, hazırda müəllim vəzifəsində çalışan şəxslər yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcəklər.
Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin test imtahanı mərhələsi regionlarda da təşkil ediləcək. Vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötənilki əmsallar cari ildə də tətbiq ediləcək.
Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.