Pandemiya dövründə Rusiyaya köçən aparıcı-aktyor Sərxan Kərəmoğlu yerli telekanalların aparıcılarını təhqir edib.
APress.az xəbər verir ki, sənətçi bununla bağlı video çəkərək sosial şəbəkədə paylaşıb.
“Televiziyalarda aparıcılar, hələ televiziyanın “T” hərfindən xəbəri olmayanlar… Etik qaydalar var, bir sənətçinin adı çəkilirsə, “salam” göndərin. Biz qürbətdə yaşayırıq, “buradan salamlayırıq” deməklə nə itirəcəksiniz?!
Elələri var ki, hətta ad çəkiləndə kəsib çıxarırlar. İmkan vermirlər efirə getsin. Həyat qısadır, nə aparacaqsınız bu dünyadan? Sərxanın sizə ehtiyacı var? Amma zəng edib deyirlər ki, kimsə ad çəkəndə aparıcı öz işindədir, fikir vermir. Allah sizi islah etsin. Bilmək olmur sabah nə baş verəcək, bəlkə də mənim son videomdur. Bu həyatdan bir kəfən aparacağıq, Sərxanın sizin salamınıza ehtiyacı yoxdur”, – deyə Sərxan Kərəmoğlu bildirib.
Redaktor.az