Musa Yaqub harada dəfn olunacaq? – Ailəsindən AÇIQLAMAbackend
Cəmiyyət
312

Musa Yaqub harada dəfn olunacaq? – Ailəsindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizə aidiyyəti orqanlardan deyiblər ki, Musa müəllim I Fəxri Xiyabanda dəfn olunsun. Oğlu Şəhriyar bəy isə atasının vəsiyyətini – Buynuz kəndində dəfn olunmasını istəyir”.

Bunu Publika.az-a Musa Yaqubun kürəkəni Faiq Qarayev deyib.

O bildirib ki, Xalq şairi oğluna anasının yanında dəfn edilməyi vəsiyyət edib: “Musa müəllim anasının yanında dəfn edilməyi vəsiyyət edib. Şəhriyar bəy də atasının vəsiyyətini yerinə yetirmək istəyir. İndi hamı bir qərarı dəstəkləyir, oğlu digər qərarı. Şəxsən mən də, yoldaşım da, Musa müəllimin digər qızı da Xalq şairinin Buynuz kənd qəbiristanlığında dəfn edilməsi qərarını dəstəkləmir. Biz hamımız istəyirik ki, o, Birinci Fəxri Xiyabanda dəfn olunsun. Bizim istəyimiz budur, Şəhriyar bəy isə vəsiyyəti yerinə yetirəcəyini deyir və israrlıdır”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub bu gün 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.