Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşına borclu qalıb.
APress.az xəbər verir ki, ifaçı 3 il əvvəl boşandığı Emina Yahoviçlə alimentə görə mübahisəyə girib. Belə ki, Eminanın sözlərinə görə, Sandal 26 aydır uşaqlarına pul ödənişi etmir. Buna görə də onun 740 min türk lirəsi məbləğində borcu yığılıb.
Sandal isə pandemiya səbəbindən çətin vəziyyətdə olduğunu bildirib. Yahoviç müğənnini məhkəməyə verərək alimenti tələb etsə də, hələ ki nəticə yoxdur. Emina iddia edib ki, Sandalın pandemiya açıqlaması tamamilə əsassızdır. “Ədalətin bərpa ediləcəyinə inanıram. Məhkəmədə təkcə özüm üçün deyil, bütün qadınlar adına savaşıram”, – deyə Yahoviç deyib.
Qeyd edək ki, 2008-ci ildə evlənən cütlük 2018-ci ildə yollarını ayırıb. Boşanma protokoluna görə, Mustafa Sandal həyat yoldaşına ayda 15 min, övladlarına isə 10 min türk lirəsi məbləğində aliment ödəməyi qəbul edib.