“Hazırda istifadə olunan koronavirus peyvəndləri yeni SARS-CoV-2 mutasiyaları üçün faydasızdır”.
Milli.Az xəbər verir ki, bunu Guardian People’s Vaccine Alliance (İnsanları vaksinasiya üzrə Alyans) sorğusuna istinad edərək yazıb. Ümumilikdə, tədqiqatçılar 28 ölkədən 77 mütəxəssis epidemioloq və virusoloqla müsahibə aparıblar.
Mütəxəssislərin əksəriyyəti yeni infeksiya növlərinin meydana çıxması səbəbindən dərmanların faydasız ola biləcəyini söyləyiblər. Respondentlərin üçdə birinə görə, dünyaya yeni vaksinə doqquz aydan sonra ehtiyac yarana bilər.