Namiq Qaraçuxurlu üzr istədibackend
Şou
338

Namiq Qaraçuxurlu üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxladım. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm.

APress.az xəbər verir ki, bu sözləri Namiq Qaraçuxurlu instaqramda yazıb.

O, xəstəxanaya yerləşdirilməsi haqqında yayılan xəbərlərin yalan olduğunu deyib və xəstəliyi yüngül keçirdiyini bildirib: “Bildirmək istəyirəm ki, koronavirusu çox yüngül keçirirəm. Xəstəxanada deyiləm. Tezliklə sağalıb, vətənə dönəcəyəm“”.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən Namiq Qaraçuxurluda koronavirus aşkarlanıb.

Bu səbəblə də o, Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.