Narazı tibb işçilərinə ödənişlər edildi – Maliyyə Nazirliyi vəsait ayırdıbackend
Cəmiyyət
237

Narazı tibb işçilərinə ödənişlər edildi – Maliyyə Nazirliyi vəsait ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Tibb və qeyri-tibb işçilərinin fevral ayı üçün müddətli əlavələri bu gün ödənilib”.
APress.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən fevral ayı üçün ödənişlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülüb.
Bu gün 29 tibb müəssisənin işçilərinin müddətli əlavələri ödənilib. Həftə ərzində isə digər tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinə ödənişlər ediləcək.
Qeyd edək ki, tibb işçiləri son iki ayın müddətli əlavəsini ala bilmədiklərindən şikayət edirdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilirdi ki, Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı üçün ödənişlər edilmir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. // Musavat.com