NASA 30 il sonra yenidən Veneraya missiya göndərməyi planlaşdırır.
APress.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
NASA-nın yeni prezidenti Bil Nelson çərşənbə günü verdiyi açıqlamada, 9 il ərzində iki NASA missiyası ilə Veneraya gedəcəklərini bildirib.
O deyib ki, məqsəd planetin atmosferinin və geoloji xüsusiyyətlərinin öyrənilməsi olacaq.
2028-2030-cu illər arasında həyata keçiriləcək hər bir layihə üçün 500 milyon dollar maliyyə ayrılıb. Sözügedən missiyalara isə “Davinci+” və “Veritas” adları verilib.
Publika.az